Hollandiyadan gələn nümayəndə Qərbi Azərbaycan platformasının inkişafını tarixi həqiqətlərin təqdimatı baxımından mühüm hesab edib.
QHT.az xəbər verir ki, oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində Hollandiyadan yaşayan Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, Xudafərin jurnalının baş redaktoru Elman Mustafazadə bildirib ki, Qərbi Azərbaycan platformasının inkişaf etməsinin vacib olduğunu tarixi həqiqətləri əks elətdirdiyini söylədi:
"Qərbi Azərbaycan faktoru Ermənistandakı revanşist qüvvələrin ən gözəl cavabıdır".
Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.