AZ

Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsindən danışılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf TəşkilatınınBeynəlxalq Nəqliyyat Forumu (ITF) tərəfindən “Əlilliyi olanşəxslərin nəqliyyata çıxış imkanları” mövzusunda keçirilənbeynəlxalq dəyirmi masada təmsil olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininnümayəndəsi, ITF Katibliyinə ezam olunan milli ekspert Əlişİsmayılov müxtəlif sessiyalardakı çıxışında ölkəmizin təcrübəsinibölüşüb.

Ölkəmizdə nəqliyyat və kommunikasiya sahəsində qurumlararasıəməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan islahatlar,ictimai nəqliyyatda yeni maliyyə mexanizminin tətbiqi haqqındaməlumat verilib. Bu tədbirlərin nəqliyyat sektorunun maliyyədayanıqlığını artırmaq və xidmətlərin keyfiyyətini yüksəltməkbaxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sessiya rəhbəri bu islahatları yüksək qiymətləndirərəkAzərbaycan təcrübəsinin yekun hesabata nümunə kimi daxilediləcəyini deyib.

Tədbirdə Yaponiya, İrlandiya, Avstriya, Kanada, Portuqaliya,Niderland və digər ölkələrin nüfuzlu qurumlarının nümayəndələriiştirak ediblər. Dəyirmi masa nəqliyyata bərabər çıxış imkanlarınıntəmini və inklüziv nəqliyyat siyasətinin inkişafı istiqamətindəəməkdaşlığın gücləndirilməsi baxımından vacib platforma rolunuoynayıb. Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə tanınmasıölkəmizin inklüziv nəqliyyat sahəsində də uğurlu fəaliyyətini birdaha təsdiqləyib.

Parisdə
Parisdə
Parisdə
Parisdə
Seçilən
27
8
az.trend.az

9Mənbələr