AZ

Zakir Həsənov Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsini yoxlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyevin tapşırığına əsasən, MüdafiəNazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinintəminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komando hərbi hissəsində və digər bölmələrdə olannazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitininyaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşunxidmətinin təşkili ilə tanış olublar.
Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdansonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq,bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması,qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah vətexnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiqvəzifəli şəxslərə əlavə tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəkqiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onlarımaraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

Görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyatakeçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbərtədbirlərdə iştirak edərkən xalqımızın maraq və mövqeyiniqətiyyətlə müdafiə etməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdənüfuzunun artmasından danışıb, həmçinin Ali Baş KomandanınAzərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətəçatdırıb.
Daha sonra hərbi qulluqçular arasında ⁠nizam-intizama vətəhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlımünasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətinsağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərəmüvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsiheyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması,həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətingücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkrettapşırıqlar qoyub.

Zakir
Zakir
Zakir
Məqalədə:
Seçilən
36
17
az.trend.az

10Mənbələr