"Kiss" qrupunun solisti Paul "Ace" Frehley 74 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Nəşr qeyd edib ki, musiqiçi cümə axşamı, oktyabrın 16-da studiyasında keçən ay yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Frehlinin beyninə qan sızması onu qarşıdakı konsertlərini ləğv etməyə məcbur edib.
"Biz onun bütün ən yaxşı xatirələrini, gülüşlərini əzizləyirik və başqalarına bəxş etdiyi güclü və xeyirxahlığını qeyd edirik. Onun vəfatının böyüklüyü epik və anlaşılmazdır. Onun bütün inanılmaz nailiyyətləri üzərində düşünərkən, "Ace"nin xatirəsi əbədi olaraq yaşayacaq!", - Bu barədə musiqiçinin ailəsi açıqlama yayıb.