Kenan Yıldız "Fənərbağça"ya keçə bilərmiş.
Offsideplus.az xəbər verir ki, futbolçunun nümayəndəsi Doğan Ercan onun karyerasının başlanğıcı ilə bağlı maraqlı açıqlama verib:
""Bayern Münhen" akademiyasında oynadığı vaxtlarda onu "Fənərbağça"ya gətirmək istəyirdim. Amma o zamankı rəhbər (adını demək istəmirəm) mənə belə dedi:
"Kenan kimdir? Nə ulduzu, qütb ulduzudur bəlkə?! Bura "Fənərbağça"dır, bu uşaq bizdə necə oynasın?! ’ — deyərək məsələni lağ obyektinə çevirdi.”
Bu sözlər sosial mediada böyük rezonans doğurub. Hazırda "Yuventus" forması geyinən və Türkiyə millisinin əsas oyunçularından biri olan Kenan Yıldızın inkişafı, o vaxtkı qərarın "Fənərbağça" üçün nə qədər böyük fürsət itkisi olduğunu göstərir.