Latviya hakimiyyəti rusların ölkədən kütləvi şəkildə deportasiyasını həyata keçirməyi planlaşdırmır.
Publika.az "LSM+" portalına istinadən xəbər verir ki, daxili işlər naziri Rihards Kozlovskis Rusiya vətəndaşlarının kütləvi şəkildə ölkədən çıxarılması ilə bağlı məlumatları təkzib edib.
"Biz heç bir kütləvi deportasiya yoxdur. Ayrı-ayrı hallar var və onlar çox güman ki, davam edəcək. Lakin hər bir belə qərar ayrı-ayrılıqda veriləcək", - deyə nazir bildirib.
Nazir həmçinin 500-ə yaxın rusiyalının ölkədən deportasiya oluna biləcəyini də etiraf edib. O qeyd edib ki, bunlar Latviya dili imtahanından keçmək tələbinə məhəl qoymayan və müvəqqəti yaşamağa görə icazə almaq üçün rəsmi orqanlara müraciət etməyənlərdir.