AZ

Husilər yeni Baş Qərargah rəisi təyin edib

“Ənsarullah” olaraq tanınan Yəmən Husiləri, silahlı qüvvələrin öldürülən Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmarinin yerinə canişin təyin edib.

APA İran mediasına istinadən xəbər verir ki, Ğəmarini Yusif Həsən əl-Mədani əvəz edəcək.

Qeyd edək ki, Yəmən Husilərinin sabiq Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari İsrailin avqust ayında Yəmənə endirdiyi zərbələr nəticəsində xəsarət almışdı.

O, bu gün aldığı yaralardan həlak olub.

Seçilən
71
3
apa.az

4Mənbələr