AZ

Küçə, meydan adlarında əhalinin fikri vacibdir - Deputat yeni qanunu DƏSTƏKLƏDİ

Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna əsasən prospekt, küçə, meydan və s. ərazilər ad qoyulan zaman həmin ərazinin əhəlisinin rəyi nəzərə alınacaq.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, belə praktika əvvəldən var idi:

"İndi isə bu praktika qanunvericilik səviyyəsinə qaldırılıb. Bu isə o demədir ki, məsələlərdə əhalinin fikrinin nəzərə alınmasını artıq qanunvericilik səviyyəsində təsdiq edilir. Çünki həmin yeni adlı ərazilərdə həmin ərazinin insanları yaşayacaqlar və sənədlərində həmin o yeni ad əks olunacaq. Bu baxımdan əhalinin fikri vacibdir. Bunun qanunvericilik səviyyəsində təsdiqlənməsi düzgündür. Belə praktika xarici ölkələrdə də var", - deyə millət vəkili qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr