Hurriyyet.az xəbər verir ki, husi ordusunun baş qərargah rəisi öldürülüb.
Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsar Allah” hərəkatı Husilərin rəhbərlik etdiyi qüvvələrin baş qərargah rəisi Məhəmməd əl-Qəmərinin öldüyünü bəyan edib.
Açıqlamada onun ölüm səbəbi göstərilməyib. Bununla belə, Əl-Qəməri İsrailin avqust ayında Yəmənin paytaxtına endirdiyi zərbənin əsas hədəflərindən biri hesab olunurdu. İsrailin "Channel 12" kanalının məlumatına görə, hücum zamanı husilərin müdafiə naziri Məhəmməd Nasser əl-Atefi, Sənadakı qərargah rəisi Məhəmməd Əbdül-Kərim əl-Qəməri, Yəmənin baş naziri Əhməd Qalib ər-Rahavi də həlak olublar.
Hürr Tərcüman