AZ

"Nestle" 16 min iş yerini ixtisar etməyə hazırlaşır

Bakı. Trend:

Dünyanın ən iri qida məhsulları istehsalçılarından “Nestle”şirkəti qarşıdakı iki ildə iri miqyaslı ixtisarlar həyata keçirməyiplanlaşdırır.

Trend bu barədəBritaniya KİV-ə istinadən xəbər verir.

Şirkətin bəyanatına görə, istehsal prosesininavtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılmasıməqsədilə “Nestle” 16 mindən çox iş yerini ixtisar etməkniyyətindədir.

İxtisarlar başlıca olaraq şirkətin ofislərində çalışan kadrlaraaid olacaq (təqribən 12 min nəfər), bundan başqa, istehsalat vətədarük zənciri sahəsində 4 minə yaxın vakansiya ləğv olunacaq.

Şirkətin yeni təyin olunmuş baş icraçı direktoru Filip Navratilbildirib ki, işçilərin sayı “şəffaf şəkildə” azaldılacaq. O,sentyabr ayında korporasiyanın başına gətirilib. Bu təyinat,şirkətin əməkdaşlarından biri ilə açıqlanmayan romantik münasibətəgörə aparılan araşdırmanın nəticəsində sələfi - Loren Freyxinvəzifədən azad edilməsindən sonra baş verib.

Qeyd edək ki, “Nestle” korporasiyası dünyada “Nescafe”,“Cheerios”, “KitKat” və “Rolos” kimi brendləri ilə tanınır.

Məqalədə:
Seçilən
114
az.trend.az

1Mənbələr