AZ

Fəzail Ağamalı: Ramiz Mehdiyev bu şəxslərlə məlumat ötürüb - ADLAR

BAKI, 16 oktyabr. TELEQRAF

"2000-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin səhhətində ciddi problemlər yarananda ondan sonra kimin prezident olacağı məsələsi kifayət qədər aktual idi. Bu kontekstdəmüxalifətdə Müsavat Partiyasının başqanı İsa Qəmbərlə keçmiş spiker Rəsul Quliyev daha fəal görünürdü".

Bu sözləri Teleqraf-a Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu, hakimiyyət daxilində də ciddi müzakirə mövzusuydu: “Açıq etiraf etməliyəm ki, ortada xeyli çaşqınlıq vardı. İqtidar daxilində prezidentliyə daha çox can atan, həvəs göstərən Ramiz Mehdiyev idi. O, Rusiya vasitəsilə Heydər Əliyevdən sonra hakimiyyətə gəlməyə çalışırdı. O vaxt Rusiya və İran da bu məsələyə böyük maraq göstərirdi.

Ramiz Mehdiyev bu istəyinə nail olmaq üçün mətbuata müxtəlif materiallar ötürürdü. Müxalifət və iqtidar qəzetlərinə özü və reytinqi haqqında məlumatlar sızdırırdı. Rusiyanın bir internet qəzetində keçirilmiş sorğulara görə guya Ramiz Mehdiyevin reytinqi Heydər Əliyevdən sonra qeyd edilirdi.

Daha sonra müxalifətdəki yaxın dostlarım mənə məlumat verdi ki, Ramiz Mehdiyev onlarla danışıqlar aparır. Bu danışıqları isə ulu öndər Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və vaxtilə Prezident Administrasiyasında mühüm vəzifədə işləyən, hazırda isə YAP Qaradağ rayon təşkilatının sədri olan Qafar Əliyev həyata keçirirdi".

Danışıqların detallarına toxunan FəzailAğamalı qeyd edib ki, qapalı söhbətlərdəyaxın vaxtlarda prezident seçkilərinin keçiriləcəyi, iqtidar tərəfindən guya ən şanslı namizədin Ramiz Mehdiyev olduğu bildirilirdi:

"Müxalifətə deyirdilər ki, siz Ramiz Mehdiyevə mane olmayın, prezident seçildikdən sonra sizə imkanlar yaradacaq, parlamentdə sizəyer veriləcək və digər problemləri həll edəcək. Mənə çatan bu məlumatı bir neçə mənbədən yoxladım və doğruluğuna əmin oldum”.

Fəzail Ağamalı bu məlumatları analiz etdikdən sonra məsələnin ictimailəşməsi qərarına gəldiyini söyləyib:

“Bununla bağlı o vaxt “Neytral” qəzetinə müsahibədə Ramiz Mehdiyevin ulu öndər Heydər Əliyevin formalaşdırdığı komandaya, dövlətçiliyə xəyanət etdiyini qeyd etdim. Onun iqtidar komandasında separatçı olduğunu açıq şəkildə vurğulamaqla bunun yolverilməzliyini qəti şəkildəbildirdim. Sonrakı müsahibələrimdə Ramiz Mehdiyevin bu hərəkətini şərəfsizlik, siyasi avantüra, riyakarlıq kimi qiymətləndirdim.

Xatirimdədir, qəzetlər bir ay bu mövzudan yazdı. Beləliklə, Ramiz Mehdiyevin gizli planı baş tutmadı. Məsələ ictimailəşdi və müvafiq qurumlar hərəkətə keçdilər. Hətta Ramiz Mehdiyev Heydər Əliyevə şikayət etmişdi ki, Fəzail Ağamalı məndən əl çəkmir. Bütün bunlar 2001-ci ildə baş verib.

O vaxt Heydər Əliyev müalicədən qayıtdı və daha iki il ölkəmizə rəhbərlik etdi. Mən o vaxt bu məsələdə hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovla birlikdə hərəkət etmişəm.

Onu da deyim ki, cənab İlham Əliyevin təbliğatına 1999-cu ildən başlamışam. “İlham Əliyev böyük siyasətdə: Reallıqlar və perspektivlər” haqqında ilk kitabın müəllifi mənəm. 2002-ci ildə, yəni İlham Əliyevin prezidentliyi ərəfəsində iki cildlik kitab da çap etdirdim.

Bu kitabın təqdimatını Milli Məclisin mərhum spikeri Murtuz Ələsgərov edəcəkdi. Amma o vaxt Ramiz Mehdiyev təqdimata mane olmaq üçün cənab prezidentə yanlış fikirlər söyləmişdi. Mən yenə də müxtəlif kanallarla ölkə başçısını məlumatlandırdım ki, Ramiz Mehdiyevlə bağlı 2001-ci ildə dərc edilmiş məqalə o kitaba daxil edildiyinə görə buna mane olur.

Sirus Təbrizli, Əli Əhmədov, Mübariz Qurbanlı da həmin kitabın təqdimatında və digər məsələlərdə mənimlə birlikdə oldu”.

Seçilən
15
4
teleqraf.com

5Mənbələr