Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı müzakirələr fonunda Milli Məclisin buraxılması məsələsi də gündəmə gətirilib. Bildirilir ki, hazırki çağırış deputatları arasında Ramiz Mehdiyevin kadrlarının olması istisna deyil.
Bununla bağlı Pravda.az-ın sualını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, hazırda parlamentin buraxılması gündəmdə deyil.
“Parlament seçilib, fəaliyyətdir. Qanunverici orqan üzərinə düşən vəzifələri yerinə yetirir”, - deputat bildirib.
Aytəkin Qardaşova
Tarix: 16 Oktyabr 2025, 12:56