Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarını əhatə edən 2,7 min kvadratkilometrlik ərazidə genişmiqyaslı bərpa prosesi həyata keçirilir. SİTAT: "Bu ərazilərdə bərpa prosesi mərhələli şəkildə aparılır və əsas istiqamətlər infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, iqtisadi dirçəlişin təmin olunması, məşğulluğun artırılması və şəhər-kənd əlaqələrinin gücləndirilməsidir."
Mətləb Salahov