ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev ətrafında baş verən hadisələrlə bağlı bəzi məqamların aydınlaşdırlmasına ehtiyac var.
“AzPolitika” bildirir ki, keçmiş məmurun dövlətə qarşı ağır cinayətlərdə (Vətənə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və s.) ittiham olunması barədə mətbuatın yazdıqları nə hüquq-mühafizə orqanları, nə də R.Mehdiyevin özü tərəfindən təkzib edilməyib. Keçmiş PA rəhbəri bu barədə ünvanlanan sualı cavablandırmayıb. Bununla belə, onun istintaqa cəlb olunması, ittiham olunduğu maddələrlə bağlı rəsmi açıqlama yoxdur. Habelə Səbail Rayon Məhkəməsinin R.Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçməsindən başqa heç nə məlum deyil. Onun məhkəməyə gətirilməsi, aparılması barədə də foto, video görüntülər mövcud deyil, hər halda media və sosial şəbəkələrə düşməyib.

İstintaq və məhkəmə prosesində Ramiz Mehdiyev dövlət tərəfindən vəkillə təmin olunub, onun özü vəkil tutmayıb. Keçmiş məmurun hüquqlarını Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyev müdafiə edib. Media yazır ki, o, DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib.
“AzPolitika”nın əldə etdiyi məlumata görə, vəkil Z.Abıyev Vəkillər Kollegiyasının nüfuzlu üzvlərindən biridir. Ona bir neçə dəfə telefon açsaq da, zənglərimizə cavab vermədi. Bütün hallarda ictimaiyyətin diqqət mərkəzində olan hadisə ilə bağlı məlumatların açıqlanması vacibdir. Xüsusi ilə vəkil medianın informasiya ehtiyacını təmin etməkdən çəkinməməlidir. Olayın üzərindəki qeyd olunan sirr pərdəsinin R.Mehdiyevin istəyi ilə təmin olunduğu məlum deyil.
Amma dünən jurnalistin telefon zənginə cavab verərəkən Mehdiyevin qəzəb içində olduğu açıq hiss olunurdu...
Rasim
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.