AZ

 Ramiz Mehdiyev bu cinayətləri tək başına törədə bilməzdi - Arzuxan Əlizadədən İLGİNC REAKSİYA

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətində barəsində cinayət işi açıldığı, məsuliyyətə cəlb edildiyi və barəsində ev dustaqlığı qismində qətimkan tədbirinin seçildiyi barədə məlumat vermişdik. Artıq bir neçə gündür ki, bu məsələ ölkə gündəmini zəbt edib.

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Sitat.info-ya açıqlama verib.
O bildirib ki, Ramiz Mehdiyevə qarşı ictimai münasibət birmənalı olmayıb: " Cəmiyyətdə onun barəsində belə fikir formalaşıb ki, o, şərti olaraq “5-ci kolon” adlandırılan, Rusiyaya bağlı qüvvələrin Azərbaycandakı əsas nümayəndələrindən olub. Ramiz Mehdiyev uzun illər Azərbaycanda ən yüksək dövlət vəzifələrindən birində çalışıb. Vəzifədə olduğu müddətdə müxtəlif sahələrə birbaşa rəhbərlik etdiyi, eləcə də ətrafında xüsusi “klan” formalaşdırdığı hər kəsə məlumdur”,

Parlament üzvü həmçinin məsələyə siyasi baxımdan da münasibət bildirib: “Ramiz Mehdiyevin dövründə siyasi partiyalara münasibətdə ayrı-seçkilik var idi. O, bəzi siyasi təşkilatlara arxa qapıdan dəstək göstərdiyi halda, bəzilərinə isə açıq-aşkar ögey münasibət bəsləyirdi”.

A. Əlizadənin sözlərinə görə, hazırda gündəmdə olan cinayət ittihamları çox ağırdır: "Bunlara dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd, külli miqdarda dövlət əmlakının mənimsənilməsi kimi iddialar daxildir. Bu ittihamlar olduqca ciddi və təhlükəlidir. Əgər bunlar sübuta yetirilərsə, bu artıq fərdi cinayət yox, geniş çevrəni əhatə edən sistemli fəaliyyətdir”.

Arzuxan Əlizadə qeyd edib ki,  Ramiz Mehdiyev bu cinayətləri tək başına törədə bilməzdi: “Əgər bu cinayətlər sübuta yetirilərsə, aydındır ki, o, bu əməlləri tək həyata keçirməyib. Belə bir halın baş verməsi imkansızdır. Ona həm hakimiyyət daxilindən, həm də müxalif cəbhədən dəstək verənlər mütləq olub. Araşdırmalar sona qədər aparılmalı və bu prosesdə kimliyindən aslı olmayaraq hər kəs məsuliyyətə cəlb edilməlidir”.
 Sonda AMİP sədri vurğulayıb ki, istənilən şəxsin əvvəlki xidmətlərindən aslı olmayaraq, əgər dövlətə xəyanət edibsə, o, ən sərt şəkildə cəzalanmalıdır: “Azərbaycan hüquqi dövlətdir və burada dövlət maraqları hər şeydən üstün olmalıdır. Hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və xarici dövlətlərə xidmət göstərmə kimi əməllər heç bir halda bağışlana bilməz və mütləq şəkildə ən sərt cəzayla cəzalandırılmalıdır”.

Tehran,

Sitat.info

Seçilən
3
1
sitat.info

2Mənbələr