“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin avtomobillərin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bu, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasına görədir.
Dörd avtomobilin alınmasını nəzərdə tutan tenderin dəyəri 298 717 AZN olub.
Cabir
Tarix: 16 Oktyabr 2025, 11:54