BAKI, 16 oktyabr. TELEQRAF
Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbədən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.
Teleqraf məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Qurumdan agentliyin sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmayıb.
Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.