Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) deyib. O qeyd edib ki, Azərbaycan bu gün dünyada misli görünməmiş meqa layihələr icra edir. Onun sözlərinə görə, Ağdam, Zəngilan və bütün işğal zamanı zərər çəkmiş ərazilərin nümunəsində Azərbaycan bir daha dünyaya sübut edir ki, heç bir dəstək, kənar kömək olmadan, sadəcə öz gücü ilə bu bölgələrə həyatı qaytara bilir və bunu beynəlxalq təcrübələrə əsaslanaraq həyata keçirir.
E. Hüseynov ümid etdiyini bildirib ki, 2026-cı ildə çox möhtəşəm, dünyanın ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu Azərbaycanda keçirilə bilər.
Mətləb