Xankəndi.Trend:
Ağdamın üç kəndində artıq məskunlaşma başa çatıb
Trend-inQarabağ bürosu xəbər verir ki, bunu Xankəndidə keçirilən "IIIAzərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən PrezidentinAğdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi EminHüseynov deyib.
Onun sözlərinə görə Ağdamın kəndlərinə təxminən 4 min nəfər geriqayıdıb:
“Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir,işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır”.
Emin Hüseynov qeyd edib ki, gələn ay Ağdama 900 ailənin köçüplanlaşdırılır.