AZ

Füzulidə işsizlik səviyyəsi 8%-dən aşağıdır

Hazırda Füzulidə 2200 vətəndaş işlə təmin olunub və bu rayonda işsizlik səviyyəsi 8%-dən aşağıdır. Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda deyib.

"Hazırda Füzulidə 3500-ə yaxın vətəndaş yaşayır. Onun 2200-i işlə təmin olunub. Füzulidə işsizlik səviyyəsi 8%-dən aşağıdır",- o bildirib.

Hüseynov qeyd edib ki, Füzulinin minalardan təmizlənməsi əsas birinci məqsədlərdən biridir.
 

Gülnar Nazimqızı

Seçilən
84
anews.az

1Mənbələr