AZ

Emin Hüseynov: Azərbaycan dünyada misli görünməmiş meqa layihələr həyata keçirir

XANKƏNDİ, 16 oktyabr. TELEQRAF

"Azərbaycan bu gün dünyada misli görünməmiş meqa layihələr icra edir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O bildirib ki, Ağdam və Zəngilanın nümunəsində-bütün işğal zamanı zərər çəkmiş ərazilərin nümunəsində Azərbaycan bir daha dünyaya sübut edir ki, heç bir dəstək. kənar kömək olmadan, sadəcə öz gücü ilə bu bölgələrə həyatı qaytara bilir və bunu beynəlxalq təcrübələrə əsaslanaraq həyata keçirir.

Emin Hüseynov əlavə edib ki, üç il əvvəl birinci Milli Şəhərsalma Forumu tamamilə dağıdılmış Ağdam şəhərində keçirilib:

“O zaman hamımız ümid edirdik ki, 2026-cı ildə çox möhtəşəm, dünyanın ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu Azərbaycanda keçirilər".

Seçilən
49
2
teleqraf.com

3Mənbələr