AZ

Katya Şefer: “ASAN İmza” kimi rəqəmsal platformalar şəhərsalma prosesinə dəstək verir

XANKƏNDİ, 16 oktyabr. TELEQRAF

Azərbaycanda internetə çıxış yüksək olsa da, savadlılıq səviyyəsi bəzən problemdir. Gənclər texnologiyadan fəal istifadə edir, lakin yaşlı nəsil bu prosesdə geri qalır. “Hökumət buludu”, “ağıllı şəhər və kənd” layihələri milli şəhərsalmaya inteqrasiya edilməlidir. Bu sahədə “ASAN İmza” kimi platformalar önəmli rol oynayır.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regionlararası Məsləhətçisi Katya Şefer Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin “UN-Habitat” proqramı hökumətlərə inteqrə olunmuş məkan və infrastruktur planlaşdırması üzrə tövsiyələr verir:

“İnfrastruktur bağlantısı vacib olsa da, insanların və bazarların əlaqələndirilməsi daha da əhəmiyyətlidir. Milli Şəhərsalma Forumu kimi sosial dialoq platformaları bu baxımdan dəyərlidir.

Eyni zamanda, şəhər–kənd əlaqələri iqlim məsələləri ilə də bağlıdır. İqlim dəyişikliyindən qaynaqlanan köçlər, torpaq və biomüxtəlifliyin qorunması kimi məsələlər burada mühüm yer tutur. Layihələrin maliyyələşdirilməsi və dayanıqlılığı da diqqət mərkəzində olmalıdır ki, milli səviyyədə prioritetlər real addımlara çevrilsin və Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşsın.

Sonda qeyd edim ki, urbanizasiya dərəcəsi adlı bir alətimiz var — bu, şəhər və kənd ərazilərini fərqləndirməyə, xidmət axınlarını və ekoloji məhdudiyyətləri dərk etməyə kömək edir. Biz hər zaman deyirik: insanları və məkanları kənarda qoymaq olmaz.

2030 hədəfinə yaxınlaşarkən milli siyasət vasitəsilə tarazlı ərazi inkişafını təmin etmək və dəyər zəncirlərini düzgün istiqamətləndirmək son dərəcə vacibdir”.

Seçilən
16
teleqraf.com

1Mənbələr