Bakı. Trend:
“Euronews” Qəbələdə keçirilmiş Türk Dövlətləri TəşkilatınınDövlət Başçılarının 12-ci Sammitindən reportaj hazırlayıb.
Trend xəbər verirki, materialda dəyişən geosiyasi dinamika və artan iqtisadipotensial fonunda türk dövlətlərinin qlobal arenada yeni çəkiqazandığı qeyd olunur.
“Onların artan nüfuzu Azərbaycanının tarixi şəhəri Qəbələdəkeçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinPrezidentlərinin 12-ci Sammitinin əsas mövzusuna çevrildi. Türkiyə,Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçininmüşahidəçi dövlətlər — Türkmənistan və Macarıstanın liderləriticarət, nəqliyyat, su ehtiyatları və kosmik texnologiyalar dadaxil olmaqla 40-dan çox sahədə əməkdaşlığın dərinləşdirilməsinədair görüş keçirdilər”, – deyə “Euronews”un materialındabildirilir.
Qeyd olunur ki, əsas təşəbbüslər arasında “TDT plyus” formatınınişə salınması təklifi durur. Bu format üzv ölkələrdən kənardatərəfdaşlıqları genişləndirməyə imkan verəcək, Özbəkistanın müdafiəəməkdaşlığının gücləndirilməsi və iqtisadi məsələlər üzrə daimiKatibliyin yaradılması barədə müttəfiqlərinə müraciəti, eləcə dəQazaxıstanın süni intellekt sahəsində birgə layihələrin inkişafıüçün etdiyi dəvət yer alır.