AZ

İlk 9 ayda nöqsan aşkarlanan ət kəsimi məntəqələrinin sayı AÇIQLANDI

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyitərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədəfəaliyyət göstərən heyvan kəsimi müəssisələrində ümumillikdə 16yoxlama (8 planlı və 8 plandankənar) keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumatverilib

Bildirilib ki, plandankənar yoxlamalar heyvan kəsimiməntəqəsinin sanitar norma və qaydalara əməl etmədən fəaliyyətgöstərməsi, məhsulların saxlanılması qaydalarına riayət edilməməsi,eləcə də dezinfeksiya işlərinin aparılmaması ilə bağlı Agentliyədaxil olmuş vətəndaş müraciətləri əsasında keçirilib:

"Yoxlamalar zamanı 16 müəssisədə nöqsan aşkar edilib ki, həminmüəssisələrin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib vəpozuntuların aradan qaldırılması üçün icrası məcburi olangöstərişlər verilib.

Aşkar edilmiş uyğunsuzluqlar əsasən aşağıdakılardanibarətdir:

1. Müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxşolması;
2. İşçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi;
3. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərininaparılmaması".

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qidaməhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərinibundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarınınpozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.Agentlik bir daha vətəndaşları qanunsuz fəaliyyət göstərən, eynizamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvankəsimi məntəqələrinin xidmətindən (küçə kəsimi) istifadə etməməyə,bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçünprosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyiqanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumatverməyə çağırır",- deyə Agentlikdən qeyd edilib .

Seçilən
82
2
az.trend.az

3Mənbələr