AZ

Aydın Hüseynov: “Ramiz Mehdiyev layiqli cəzasını alacaq”

"Məlumdur ki, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barədə dörd ay müddətinə qətimkan tədbiri seçilib. Əlbəttə, bu, çox ciddi məsələdir, çünki o, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Məhkəmə bu qərarı çıxarıbsa, əsaslandırılmış və ilkin olaraq təsdiqlənmiş ittihamlardır. Yeni Azərbaycan Partiyasının (YAP) kifayət qədər qədər üzvü var. YAP-ın hər hansı üzvü cinayət törədirsə, həmin şəxs Partiyanın üzvlüyündən xaric olunur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Aydın Hüseynov deyib.

 

O bildirib ki, Ramiz Mehdiyevlə bağlı cəmiyyətdə, bir çox instansiyalarda zaman-zaman xoşagəlməz fikirlər səslənir: “O öz layiqli cəzasını alacaq. Buna heç bir şübhə yoxdur. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları daha möhkəm dövlətçiliyə xidmət edir, möhkəm əllərdədir, heç kim cinayətdən gizlənə bilməz. Digər tərəfdən bu, bir daha sübut edir ki, hər bir kəs qanun qarşısında cavabdehdir və vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir".

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2025, 08:56   
Seçilən
17
1
pravda.az

2Mənbələr