Oxu.az saytına istinadən ain.az xəbər verir.
Finlandiyada 50 mindən çox bunker tikilib, onlar eyni vaxtda ölkənin demək olar ki, bütün əhalisini qoruya bilər.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, bütün bunkerlərdə ümumilikdə 4.8 milyon nəfər yerləşə bilər, hərçənd ölkə əhalisinin sayı isə 5.5 milyon nəfərdir.
20 metr dərinlikdə yerləşən bu bunkerlərdə hətta nüvə zərbəsi zamanı da sağ qalmaq mümkündür, lakin onlarda ərzaq ehtiyatı yoxdur, buna görə də hər bir şəxsin yanında 72 saatlıq qida ehtiyatı olmalıdır.
Qeyd olunur ki, Finlandiya 1939-1940-cı illər Qış müharibəsindən bəri bu konstruksiyaların inşasını dayandırmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.