AZ

Ermənistanda iş adamı Karapetyanın həbs müddəti 30 gün uzadıldı

BAKI, 16 oktyabr. TELEQRAF

Ermənistanın Anti-Korrupsiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs müddətini 30 gün uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə "Aravot" məlumat yayıb.

Məhkəmədə Karapetyanın həbs müddətinin uzadılması barədə müzakirələr təxminən 11 saat davam edib. Onun ailə üzvləri, dostları və tərəfdarları məhkəmə həyətində toplaşaraq “Samvel Karapetyana azadlıq” və “Ədalət” şüarları səsləndiriblər.

Qeyd edək ki, "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib. Bundan sonra onun biznesi ilə bağlı yoxlamalar başlayıb, İrəvanda və digər bölgələrdə "Pizza Taşir" MMC-nin bir sıra pitsa mağazaları bağlanıb. Bundan başqa, ölkə hakimiyyəti Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.

Seçilən
39
13
teleqraf.com

10Mənbələr