AZ

19 yaşlı gənc 10 manata görə öldürülüb - Təfərrüat

Xırdalan şəhəri Heydər Əliyev küçəsində yerləşən Ana-Bala parkında baş vermiş qətlin təfərrüatı məlum olub.

"Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsinə səbəb Elmirin ona verdiyi 10 manat borcunun istəməsi olub.

Buna görə aralarında dava düşüb.

Fərid bıçaqla Elmirə zərbələr endirib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Seçilən
38
8
unikal.az

9Mənbələr