AZ

Əhməd əş Şaraa Putinə söz verdi: Suriyadakı hərbi bazalar...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa Vladimir Putinlə görüşü zamanı ölkədə Rusiya hərbi bazalarını saxlamağa söz verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, əş-Şaraanın Putinə verdiyi vəd özündə “Xmeymim” və Tartusdakı hərbi dəniz bazalarını dəstəkləmək öhdəliyini ehtiva edir.

Bundan başqa, Rusiya ölkənin şimal-şərqində, Türkiyə və İraqla sərhədə yaxın Qamışlı hava limanında hərbi varlığını saxlayır.

Suriya hökuməti öz növbəsində Rusiyadan keçmiş prezident Bəşər Əsəd qüvvələrinin qalıqlarının yenidən silahlanmasına kömək etməyəcəyinə dair zəmanət istəyir. Eyni zamanda əş-Şaraa Suriya ordusunun yenidən qurulmasında Moskvanın köməyinə ümid edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr