AZ

Media: "Odessa merinin əlində üç Rusiya pasportu olub..."

...Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanovun əlində ən azı üç Rusiya daxili pasportu olub.

SİA-nın məlumatına görə, çərşənbə, oktyabrın 15-də "New Voice"a hüquq-mühafizə orqanlarındakı mənbələr bunu sənədlərin surətləri ilə təsdiqləyir.

Media mənbələrinin məlumatına görə, yeni sənədlər Truxanovun Rusiya vətəndaşlığını almasını bir daha təsdiqləyir.

Bunlara Rusiyanın rəsmi reyestrlərindən çıxarışlar, habelə federal qurumların rəsmi sorğulara cavabları daxildir. Hüquqşünas və hərbi qulluqçu Vadim Oksyutanın sözlərinə görə, Truxanov Rusiya pasportunu dəfələrlə dəyişib.

…Onun üç daxili Rusiya pasportu və bir Sovet pasportu olub. 1992-ci ildə SSRİ dağılandan sonra Rusiya ordusunda xidmət edib və Rusiya vətəndaşlığını alıb. Bu, məhkəmə tərəfindən açıq şəkildə müəyyən edilib.

Bunu Oksyuta bildirib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında Moskva Vilayət Apellyasiya Məhkəməsi Truxanovun Rusiya pasportunun etibarsız sayılması barədə qərarı ləğv edib.

Beləliklə, Odessa meri rəsmən Rusiya vətəndaşı olaraq qalır. …Rusiya vətəndaşlığını ləğv edə biləcək yeganə orqan Rusiyadan kənarda prezident və ya konsulluq idarələridir. Biz Truxanovun Rusiya vətəndaşı olduğunu təsdiq edirik, - Oksyuta vurğulayıb.

Əli Babayev

Seçilən
20
1
sia.az

2Mənbələr