AZ

“Parlament ən az 70 faizi Ramiz Mehdiyevin kadrlarıdır”

“Bu gün dövlətdə Ramiz Mehdiyevin kifayət qədər adamı var. Onlar hüquq-mühafizə orqanlarda, hərbi strukturda cəmləşib. Parlament ən az 70 faizi Ramiz Mehdiyevin kadrlarıdır. O, dövlət içində dövlət yaradıb”.

Bu sözləri “Yeni Sabah”a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, Ramiz Mehdiyev vəzifədə olanda onu dəfələrlə sərt tənqid edib: pizza sifarişi

“Mən hələ 2010-cu ildə Ramiz Mehdiyevin qılıncının dalı-qabağı kəsən dövrdə “Xural” qəzetində 4 səhifədən ibarət müsahibə vermişəm. Onun xəyanətlərini sadalamışam. Ramiz Mehdiyevin bir məqsədi var idi, kim dövlət başçısına xəyanət edibsə, başına yığsın. Ona görə də Ramil Mehdiyev çoxdan həbs edilməli idi. O, Ramiz Mehdiyev Azərbaycanda sağlam milli qüvvələrin hakimiyyətdə olmasına imkan vermədi. Milli Məclisin normal formalaşmasına imkan verməyən də elə bu adam idi. Dediyim faktlar əsasında vaxtında hələ o vaxt haqqında cinayət işi açılmalıydı”.

H. Hacıyev vurğulayıb ki, Ramiz Mehdiyev hakimiyyət içərisində "dərin dövlət" yaradıb:

“Bu gün dövlətin içində Ramiz Mehdiyevin kifayət qədər adamı var. Onlar hüquq-mühafizə orqanlarda, hərbi strukturda cəmləşib. Parlament ən az 70 faizi Ramiz Mehdiyevin kadrlarıdır. O, dövlət içində dövlət yaradıb.

Ramiz Mehdiyev Prezident Adminstrasiyasındakı vəzifəsindən kənarlaşdırıldıqdan sonra deputatcıqlar onun AMEA-dakı qapısının ağzını kəsdirirdi ki, ağsaqqaldan xeyir-dua alacağıq. Amma təəssüf ki, bunu deyəndə məni top atəşinə tuturdular. Bəziləri deyirdi ki, bu, qeyri-ciddi fikirlərdir. İndi görəsən həmin adamlar utanırmı?”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
77
yenisabah.az

1Mənbələr