AZ

Elmar Məmmədyarovdan Ramiz Mehdiyev barəsində ŞOK AÇIQLAMA

Səbail Rayon Məhkəməsinin qərarı ilə Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Akademikə qarşı dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb.
Hazırda isə mediada Ramiz Mehdiyevdən sonra digər bir sıra vəzifəli şəxslərin də həbs ediləcəyi ilə bağlı xəbərlər yayılmaqda davam edir. Həmin şəxslərin sıransında sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da adı çəkilir.

Sherg.az mövzu ilə bağlı sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovla əlaqə saxladı:

"Ramiz Mehdiyev Prezident Adminstrasiyasından çıxandan sonra onunla heç bir əlaqəm olmayıb. Çünki nə danışırdıq, nə zəngləşirdik, nə söhbət edirdik, nə də ki, görüşürdük. 

Sabiq XİN rəsmisi özü barəsində yayılan xəbərlərə isə "Ona mən nə deyə bilərəm? Kim xəbər yayıb ora zəng vurun soruşun"-deyə cavab verib:
"İstintaq gedir, qayda qanun var. Mən artıq şərh vermişəm bu barədə. Yenə də eyni şeyləri təkrar etməyəcəm".
Seçilən
23
sherg.az

1Mənbələr