AZ

Moskvaya gedən əl-Şaraanın Putindən nə tələb etdiyi bəlli oldu

Xəbər verdiyimiz kimi Suriya Ərəb Respublikasının (SAR) prezidenti Əhməd əl-Şaraa Rusiyaya rəsmi səfər edib.

Publika.az xəbər verir ki, Suriya prezidentinin Moskvaya səfərindəki əsas məqsədlərindən biri məlum olub.

"Reuters" rəsmi suriyalı mənbəyə istinadən yazır ki, Əhməd əl-Şaraa Rusiya prezidenti Vladimir Putinlə görüşdə keçmiş lider Bəşər Əsədin ekstradisiyasını tələb edəcək.

“O, rəsmi olaraq Rusiyanın müttəfiqi Əsədin ekstradisiyasını tələb edəcək”, - nəşrin mənbəsi təfərrüatları paylaşıb.

Onun sözlərinə görə, Suriya Ərəb Respublikasının yeni hakimiyyət orqanları Əsədin “suriyalılara qarşı iddia edilən cinayətlər”ə görə mühakimə olunmasını istəyir. Mənbə əlavə edib ki, əl-Şaraa həmçinin Tartusdakı Rusiya hərbi-dəniz bazası və Rusiya Aerokosmik Qüvvələrinin Xmeymimdəki aviabazasının gələcəyini müzakirə etmək niyyətindədir.

Seçilən
59
publika.az

1Mənbələr