"Borussiya" klubunun müdafiəçisi Niko Şlotterbeklə bir çox klub yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, onun Dortmund təmsilçisi müqaviləsi 2027-ci ilin yayında bitir.

"Liverpul" və "Bayern Münhen" onu yaxından izləyir.

Mersisayd təmsilçisi onu Vircil van Deyk uzunmüddətli əvəzləyici kimi görür.

Şlotterbek özü isə Münhen klubuna transfer olmaq istəyir.

O, 2022-ci ildən "Borussiya"da çıxış edir. 25 yaşlı müdafiəçi burada 128 oyunda 6 qol vurmağı bacarıb.