AZ

Marselina Zielinska: Azərbaycan böyük əraziləri yenidən qurmalıdır

XANKƏNDİ, 15 oktyabr. TELEQRAF

Şəhərləri yenidən əvvəlki şöhrətinə qaytararkən həssaslıq tələb olunur. Tikinti zamanı qarşılaşdığımız ən böyük çətinlik işin miqyasındadır. Layihə çox genişdir və əlbəttə hər kəs şəhərlərin tez bir zamanda bərpa olunmasını görmək istəyir. Ən böyük çətinlik isə bunu insanların razı qalacağı şəkildə həyata keçirməkdir. Çoxlu logistika, planlaşdırma və yoxlanılması lazım olan məsələlər var.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Chapman Taylor” şirkətinin İdarə heyətinin direktoru Marselina Zielinska jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, resurslar məhduddur: “Azərbaycan yalnız 10 milyon əhalisi olan kiçik, lakin gözəl bir ölkədir və böyük əraziləri yenidən qurmalıdır. Ona görə də ən böyük çətinlik ekspertləri tapmaq, planlaşdırmaq və təşkil etməkdir. Amma işlər irəliləyir, çətin olsa da, nəticə təəccüblüdür.

Dünya üzrə urbanizmdə qlobal trend mütləq ekoloji yönümlüdür. Hamımız bilirik ki, planetimiz problem qarşısındadır və əgər temperatur artımını dayandırmasaq, ciddi çətinliklərlə üzləşəcəyik. Azərbaycan hökuməti də bu trendi izləmək üçün bütün imkanlarını səfərbər edir”.

Seçilən
83
teleqraf.com

1Mənbələr