AZ

“Samsung” telefonu olanların nəzərinə: Təcili bunu edin

“Samsung” şirkəti smartfonlar üçün təcili yeniləmə yayımlayıb. 

News24.az xəbər verir ki, bu barədə “ SamMobile” məlumat yayıb.

Yeniləməyə yeni funksiyalar daxil deyil, lakin şirkət mütəxəssisləri və həvəskarlar tərəfindən daha əvvəl aşkar edilmiş boşluqların aradan qaldırılmasına hesablanıb.

Yeniləmə sənədlərində bildirilib ki, bu versiya onlarla təhlükəli boşluğu düzəldir.

Ümumilikdə, yenilənmə “Samsung”un son iki nəsil smartfonlarında 26 zəifliyi aradan qaldırmalıdır. 

Onların arasında 14 yüksək prioritetli boşluq da var. Proqram təminatı “Galaxy S25”, “Galaxy S25 Plus” və “Galaxy S25 Ultra” istifadəçiləri üçün əlçatandır. 

Həmçinin 2024-cü ildə satışa çıxmış “Galaxy S24”, “Galaxy S24 Plus” və “Galaxy S24 Ultra” modelləri üçün də yeniləmələr buraxılıb.

Yenilənməni quraşdırmaq üçün telefonda “Parametrlər” (Settings) bölməsinə daxil olmaq, “Proqram təminatının yenilənməsi” (Software update) hissəsini tapmaq və “Endir və quraşdır” (Download and install) düyməsini basmaq lazımdır.

Müəlliflərin sözlərinə görə, növbəti yeniləmə artıq yeni funksiyalarla birlikdə, “One UI 8.5” interfeysi çərçivəsində təqdim olunacaq.


Teymur 

Seçilən
137
4
news24.az

5Mənbələr