BAKI,15 oktyabr. TELEQRAF
Şuşanın i̇nkişafı sürətlə gedir. Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrinin həyata keçirməsi olub.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
Şuşanı Azərbaycanın digər şəhərləri ilə birləşdirən iki mühüm avtomobil yolları inşa olunub. Onlardan biri Zəfər Yoludur. İkincisi isə Əhmədbəyli-Füzuli-Şuşa yeni avtomobil yoludur. Burada 7 tunel, 9 köprü inşa olunub və bir yol artıq yekunlaşıb.
Bu Azərbaycanda, hələ ki, analoqu olmayan bir yoldur və artıq bu yaxınlarda tam olaraq istifadəyə veriləcək.
Verilən bəzi məlumatlara görə bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu yüksək səviyyəli bir infrastrukturdur”.