AZ

TƏBİB: Vətəndaşlar tibbi xidmətləri xaricdə deyil, ölkə daxilində əldə etməlidirlər

BAKI, 15 oktyabr. TELEQRAF

Biz TƏBİB olaraq tibbi turizm istiqamətində ölkəmizin müxtəlif xəstəxanaları ilə birgə təmsil olunuruq. Əsas məqsədimiz vətəndaşlara daha keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdir. Hər zaman çalışmışıq ki, vətəndaşlarımız bu xidmətləri xaricdə deyil, məhz öz ölkəmizdə əldə etsinlər. Bunun üçün xəstəxanalarımızın infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində ciddi işlər görülüb.

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad MirzəyevII "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda jurnalistlərə açıqlamasında bildirib.

Hazırda xaricdə təhsil almış azərbaycanlı həkimlər ölkəmizə qayıdaraq xəstəxanalarımızda fəaliyyət göstərir və vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərirlər. Bununla yanaşı, artıq növbəti mərhələyə keçid etmişik və yerli vətəndaşlarla yanaşı, əcnəbilərə də tibbi xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilkin addımlar atılıb, ölkənin tibbi turizm konsepsiyasının hazırlanması üzərində işlər davam edir.

Dövlət Turizm Agentliyi ilə birgə ortaq strategiya hazırlanıb və tədbirlər planı artıq icra olunur. Hədəf ölkələr müəyyənləşdirilib və gələn ilin mart ayında həmin ölkələrdən bir qrup media nümayəndəsi və tur operatorların Azərbaycana səfəri planlaşdırılır. Onlara TƏBİB-in və bəzi özəl xəstəxanaların imkanları təqdim ediləcək. Səfərdən sonra həmin nümayəndələr gördüklərini öz ölkələrində tanıdaraq Azərbaycanın tibbi turizm potensialının təşviqinə töhfə verəcəklər.

Seçilən
22
teleqraf.com

1Mənbələr