Parlaq yaşamaq istəyən hər kəs üçün qapılarını açan və qadın sağlamlığı, hormonal balans və orqanizmin ümumi funksionallığı hər zaman diqqət mərkəzində saxlayan Siberian Wellness şirkəti müasir tibbi və bioloji elmlərin yeniliklərini təqdim edir. Şirkət, son illərdə aparılan araşdırmalara əsasən düzgün seçilmiş qida əlavələri qadınlarda həm profilaktik, həm də dəstək rolunun artdığını vurğulayıb. Şirkətin kliniki əsaslandırılmış komponentlərlə zəngin Xronolong, Hyaluron turşusu, Essential Vitamins, Dəmir kompleksi kimi məhsulları artıq sağlamlıq rəfinə əlavə edilmişdir.
Antioksidant müdafiə və hormonal balanslı Xronolong
Tərkibindəki güclü antioksidant kompleksi ilə hüceyrələrin oksidativ stressə qarşı müdafiəsini gücləndirən Xronolong məhsulu bioloji qocalma proseslərini yavaşlatmaq üçün nəzərdə tutulmuşdur. Antioksidantlar qadınlarda hormonal balansın qorunmasında, enerji mübadiləsinin yaxşılaşmasında və ümumi həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.
Dərinin elastikliyi və nəmləndirilməsi üçün Hyaluron turşusu
Dermatologiya və ginekologiyada qadın sağlamlığını dəstəkləyən mühüm vasitələrdən biri hesab olunan Hyaluron turşusu dərinin dərin qatlarında nəmi saxlayaraq onun elastikliyini artırır. Hormonal dəyişikliklər fonunda yaranan quruluq, qırışlar və elastiklik itkisi Hyaluron turşusunun dəstəyi ilə əhəmiyyətli dərəcədə azaldıla bilər.
Beauty Vitals: Hüceyrə enerjisi və gözəllik iliksiri Essential Vitamins
Enerji istehsalında birbaşa iştirak edən Beauty Vitals kompleksi Koenzim Q10, fol turşusu və taurin qadınlarda saç və dəri sağlamlığını qorumağa kömək edir. Eyni zamanda, qocalma əleyhinə təsirləri sayəsində orqanizmdə metabolik proseslərin sabitləşməsini təmin edir.
Anemiya və immun sistemin gücləndirilməsi üçün Dəmir kompleksi
Yorğunluğun azalmasına, qan göstəricilərinin normallaşmasına və immun sisteminin güclənməsinə töhfə verən dəmir kompleksi fol turşusu və B12 vitamini ilə zəngindir. Bu kompleks qadınlarda xüsusilədə menstruasiya dövründə tez-tez rast gəlinən anemiyanın profilaktikasında mühüm əhəmiyyət kəsb edir.
Qadın sağlamlığının qorunması çoxşaxəli yanaşma tələb edən prosesdir. Hormonal balans, dəri sağlamlığı, enerji metabolizmi və qan dövranı bu yanaşmanın əsas elementləridir. Siberian Wellness olaraq təqdim etdiyimiz məhsullar qadının həyat keyfiyyətini yüksəltmək üçün elmi əsaslara söykənən effektiv həll yollarıdır. Qadın enerjisini və sağlamlığını qorumaqda maraqlı olanlar Siberian Wellness məhsulları ilə daha yaxından tanış olmaq və sifariş üçün https://az.siberianhealth.com/az/ saytına daxil ola bilərlər.
Qeyd edək ki, Siberian Welnnes Asiyadan ABŞ -a qədər 60-dan çox ölkədə fəaliyyət göstərən şirkət 29 ildir ki, fəaliyyət göstərir. Şirkətin dünya bazarında ümumilikdə 300-dən çox məhsul ilə tanınmaqdadır. Şirkətin təqdim etdiyi sağlamlıq, gözəllik və aktiv həyat üçün nəzərdə tutulan məhsulları 50-dən çox mükafata layiq görülmüşdür.
Milli.Az