Tailand və Kamboca nümayəndələri atəşkəs sazişi imzalamağa yaxındır.
Publika.az xəbər verir ki, sənədin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək ASEAN sammiti çərçivəsində imzalanacağı gözlənilir.
Məlumata görə, Tailand hökuməti Kambocaya sazişi imzalamaq üçün dörd şərt irəli sürüb: sərhəd bölgələrindən ağır silahların çıxarılması, minaların təmizlənməsi, internet fırıldaqçılığının qarşısının alınması və Kamboca vətəndaşlarının Tailandın özünə məxsus hesab etdiyi sərhəd ərazilərdən çıxarılması.
Sazişin Kuala-Lumpur və Vaşinqtonun vasitəçiliyi ilə imzalanacağı bildirilir. Malayziya Xarici İşlər Nazirliyi ümid edir ki, tərəflər bütün şərtləri yerinə yetirərək razılığa gələ biləcəklər.
Qeyd edək ki, sammitdə ABŞ prezidenti Donald Trampın da iştirakı gözlənilir.