Basketbol üzrə Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparan "Sabah" bu gün növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan təmsilçisi Bakıda Almaniyanın "Alba" komandası ilə üz-üzə gələcək.
Rimas Kurtinaytisin baş məşqçisi olduğu ölkə çempionu rəqibini Milli Gimnastika Arenasında qonaq edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
“Sabah” ÇL-də bu heyətlə mübarizə aparır: Castin Tillman, Keyt Cordan, Həsəni Qravvet, Şirzad Şirzadov, Devid Nikols, Ceyms Eads, Endar Poladxanlı, Klavs Kavars, Kamran Məmmədov, Jan-Mark Pansa, Ramiz Quliyev, Hüseyn Məmmədov, Hüseyn Qaflanov, Andrey Qaflanoviç.
Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun digər oyununda Fransanın "Elan Şalon" komandası Çexiya "Nimburk"una qalib gəlib - 97:95.
Bakı klubu ilk görüşdə "Nimburk"a 65:93 hesabı ilə məğlub olub. Komandamız növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.
Çempionlar Liqası
B qrupu
15 oktyabr
20:00. Sabah (Azərbaycan) - Alba (Almaniya)
Bakı. Milli Gimnastika Arenası.