AZ

Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinə başlayıb

Xankəndi. Trend:

Bu gün Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinəbaşlayıb.

Trend xəbər verir ki, tədbir "İqlimədavamlı vəsağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativhəllər” mövzusunda keçirilir.

Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BirləşmişMillətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilətərəfdaşlığı çərçivəsində baş tutub.

Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumlarınnümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutlarınvə vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak edir.

Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktualçağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalqekspertlər üçün vahid platforma rolunu oynayacaq.

Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpaprosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri,dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektivtəcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişafMəqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalqtərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələraparılacaq.

Forum çərçivəsində həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri,tətbiq olunan müasir şəhərsalma standartları və innovativtexnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyinailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinədair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrətədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkilolunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elməəsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.

Seçilən
58
19
az.trend.az

10Mənbələr