AZ

Yeməyin duzunu bu mərhələdə əlavə edin

Restoran yeməklərinin evdəkilərlə müqayisədə daha dadlı olmasının səbəblərindən biri duzun düzgün istifadəsidir.


Pravda.az bildirir ki, yeməyi duzlamaqda vaxt və miqdar çox önəmlidir.


Şeflərin fikrincə, duzu yeməyin müxtəlif mərhələlərində az-az əlavə etmək, dadın balanslı və təbii olmasını təmin edir. Əks halda, yeməyin həm duzu çox ola bilər, həm də ləzzəti itə bilər.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə ət və toyuq kimi proteinlər çox erkən duzlanarsa sərtləşir. Bu səbəbdən yeməyi bişirdikdən sonra “son duzlama” mərhələsini keçmək vacib sayılır.


Əminə Bayramova

Tarix: 15 Oktyabr 2025, 10:20   
Seçilən
16
pravda.az

1Mənbələr