AZ

Süni intellektdə soyuq dalğa: NVIDIA səhmləri kəskin ucuzlaşdı

ABŞ fond bazarlarında son ticarət sessiyası qarışıq mənzərə ilə yadda qaldı.

Qızıl yenidən parladı: Bazarlar yeni rekordun şahididir - RƏQƏMLƏR

FED.az xəbər verir ki, günün ən çox dəyər itirən səhmi NVIDIA oldu. Şirkətin səhminin dəyəri 4,40% azalaraq 180,03 dollara gerilədi.

Amazon.com səhimləri də -1,67% azalma ilə 216,39 dollara, Tesla isə -1,53% geriləmə ilə 429,24 dollara düşdü.

Meta Platforms -0,99% ucuzlaşaraq 708,65 dollara, Microsoft -0,09% azalaraq 513,57 dollara, Johnson & Johnson isə cüzi -0,03% enişlə 190,85 dollara geriləyib.

Əksinə, Visa və Berkshire Hathaway günü artımla başa vuran şirkətlər sırasında idi. Visa +1,48% bahalaşaraq 348,38 dollara, Berkshire Hathaway isə +0,82% yüksələrək 495,97 dollara çatıb. Alphabet (Google) də +0,63% artımla 246,19 dollar olub. Bu üç şirkət bazarda yaşanan təzyiqə baxmayaraq ümumi balansı qoruyub.

Apple səhmləri +0,04% artaraq 247,77 dollarda qərarlaşıb, bu da günün neytral göstəricilərindən biri sayılır.

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

247,77

+0,04

2

Amazon.com

216,39

-1,67

3

Meta Platforms

708,65

-0,99

4

Berkshire Hathaway

495,97

+0,82

5

Visa

348,38

+1,48

6

Johnson & Johnson

190,85

-0,03

7

Microsoft

513,57

-0,09

8

Alphabet (Google)

246,19

+0,63

9

Tesla

429,24

-1,53

10

NVIDIA

180,03

-4,40

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
14
fed.az

1Mənbələr