AZ

Fransa prezidenti Makron parlamenti buraxmağı planlaşdırır

BAKI, 15 oktyabr. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron Baş nazir Sebastian Lekornu hökumətinə etimadsızlıq səsverməsi keçirilərsə, parlamenti dərhal buraxacaq.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mod Bodjo məlumat verib.

Onun sözlərinə görə, parlament buraxıldıqdan sonra ölkədə erkən seçkilər keçiriləcək və bu, parlamentdə əksəriyyətin dəyişə bilməsi demək olacaq.

Lekornu hökumətinə narazılığın əsas səbəbi onun adı ilə bağlı pensiya islahatı layihəsinin irəlilədilməsidir. Fransız sosialistləri bu layihənin dayandırılmasını tələb edir.

Seçilən
10
teleqraf.com

1Mənbələr