AZ

Pezeşkian məmurları tənqid etdi: Problemlərin səbəbkarı onlardır

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ölkədəki problemlərin əsas səbəbi çox vaxt qərar qəbul edənlər və məmurların özləridir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib. O, dövlət qulluqçularının davranışlarını dəyişməsinin vacibliyini vurğulayıb:

“İnsanlar mövcud şəraitdən narazıdırlarsa, bu, bizim günahımızdır. Biz insanların etimadını doğrultmaq üçün davranışlarımızı və qərarlarımızı dəyişməliyik”.

Pezeşkian əlavə edib:

“Bəzi insanlar ədalətdən çox danışır, amma əməldə onların davranışlarında düzlükdən, ədalətdən əsər-əlamət yoxdur”.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
globalinfo.az

2Mənbələr