AZ

Tramp Makronu belə ələ salıb

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsi ilə bağlı keçirilən sülh konfransı zamanı fransalı həmkarı Emmanuel Makronu ələ salıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Tədbir zamanı keçirilən mətbuat konfransında Tramp bir neçə dövlət başçısına sülhə nail olmaq səylərinə görə təşəkkürünü bildirib və Fransa prezidentini də xüsusi qeyd edib.

“Çox sağ ol, Emmanuel. Mənə elə gəlir, Emmanuel haradasa arxamda dayanıb,” - deyə Tramp arxaya baxaraq söyləyib.

Ona Makronun zalda oturduğu bildirildikdə, ABŞ prezidenti təəccübünü gizlətməyib.

Seçilən
63
14
publika.az

10Mənbələr