AZ

İnqilabçı polkovnik ELAN ETDİ Keçid dövrü başlayır

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Madaqaskarda hakimiyyətə gəlmiş hərbi qüvvələrin rəhbəri, polkovnik Maykl Randrianirina iki il davam edəcək keçid dövrünün başladığını elan edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu iki il ərzində Madaqaskarın yeni konstitusiya layihəsi üzrə referendumun keçirilməsi planlaşdırılır. Daha sonra yeni hakimiyyət institutlarının tədricən formalaşdırılması üçün seçkilər təşkil olunacaq.

Bundan əvvəl Madaqaskar Prezidenti Andri Radzuelina kütləvi etirazlar fonunda ölkəni tərk etdiyini təsdiqləmişdi. O, bu qərarını şəxsi təhlükəsizliklə əlaqələndirib.

Sentyabr ayının sonunda Madaqaskar su və elektrik təchizatında yaranan fasilələr səbəbindən etiraz dalğası ilə üzləşib. Antananarivu və digər iri şəhərlərin sakinləri sosial şəbəkələr vasitəsilə koordinasiya olunaraq küçələrə çıxıb, sabit elektrik və su təchizatının bərpasını tələb ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
olke.az

4Mənbələr