Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukraynanın Odessa şəhərinin hazırkı meri Gennadi Truxanovun Rusiya vətəndaşlığı və bu ölkə ilə əlaqələri aşkar olunub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin təqdim etdiyi sənədlər əsasında merin vətəndaşlığına xitam verib.
Mer ilə bağlı araşdırma başlanılıb. Eyni zamanda Odessa şəhərinin idarəçiliyi üçün yeni şəhər hərbi administrasiyası yaradılır, onun idarəsi isə hazırda Dnepropetrovsk vilayətinin rəhbəri olan Sergey Lısaka veriləcək.
Qeyd edək ki, Ukraynada şəhər merləri yerli sakinlər tərəfindən seçki ilə seçilir. Odessa hazırda Rusiyanın Ukraynada apardığı müharibə fonunda əsas hədəflərindən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.