BAKI, 14 oktyabr. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa Rusiyaya səfəri çərçivəsində sələfi Bəşər Əsədin ekstradisiyasını tələb edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” Dəməşqdəki mənbələrə istinadla məlumat yayıb.
Suriya rəsmi mənbəsi kanala bildirib ki, Şaraa Rusiyanın Tartusdakı hərbi-dəniz və Xmeymimdəki hava bazalarının mövcudluğunun davam etdirilməsi ilə bağlı danışıqlar aparacaq.
Mənbə əlavə edib ki, o, Rusiyanın müttəfiqi olan Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin suriyalılara qarşı törədilən cinayətlərə görə təhvil verilməsini rəsmi şəkildə tələb edəcək.
Xatırladaq ki, bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadla Suriya Prezidentinin oktyabrın 15-də Moskvaya səfər edəcəyi barədə məlumat yaymışdı.